"Ermənilər alban məbədlərini dağıdıb, saxtalaşdırıblar" - Robert Mobili

15:25 17.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qədim Tuğ kəndində olan məbədlərə bizim birinci ziyarətimizdir”.

Hafta.az apa-ya istinadən xəbər verir ki, bunu Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib.

"Bu gün biz qədim Alban kilsələrinə məxsus olan, Azərbaycan mədəni irsini ziyarət edirik. Mən çox sevinc hissi keçirirəm ki, Allah qismət etdi bu yerləri gördük. Müşahidəmiz onu göstərdi ki, ermənilər buranın çox hissəsini dağıdıb, zəng guşələrini dəyişərək saxtalaşdırıblar", - deyə dini icma sədri əlavə edib.